div align="center">Зарег. на сайте Всего: 3652 Новых за месяц: 0 Новых за неделю: 0 Новых вчера: 0 Новых сегодня: 0 Из них Администраторов: 5 Модераторов: 3 Проверенных: 60 Обычных юзеров: 3571 Из них Парней: 3552 Девушек: 95
"Sınaq imtahanı" proqramından istifadə etmək üçün aşağıdakı addımları yerinə yetirin:
"Sınaq imtahanı" proqramını internetdən öz kompüterinizə yükləyin.
Proqramı kompüterinizdə yükləyin:
Proqramı istifadə etmək üçün, əvvəl dotnet.exe proqramını endirin və işə salın. Əgər siz TQDK-nən "Elektron Test" proqramından istifadə edirsinizsə və yaxud da kompüterinizdə hər hansı bir səbəbdən Microsoft .NET mühiti yüklənibsə, siz dotnet.exe proqramını kompüterinizə yükləməyə də bilərsiniz.
Sonra isə tqdksinaq.zip arxivi açın və Setup.exe proqramını işə salın.
Proqramı işə salın. Bunun üçün işçi masada (Desktop) yerləşdiriləcək "Sınaq imtahanı" işarəsindən və ya proqramlar menyusunda yerləşdirilmiş "TQDK" -> ""Sınaq imtahanı"" əmrindən istifadə edin.
Testə başlamaq üçün "Testə başlamaq" əmrindən istifadə edin.
Açılmış dialoq pəncərəsində əvvəlcə hər hansı bir istifadəçi adı daxil edin. Bu istifadəçi adı, kompüterdə bir neçə nəfərin Pretestdən istifadə edəcəyi zaman nəticələri identifikasiya etmək üçün istifadə olunur.
Növbəti mərhələdə imtahan vermək istədiyiniz qrupu, bölməni və xarici dili seçin.
Daha sonra sizə imtahan verə biləcəyiniz testlərin siyahısı göstəriləcək. Bu testlər sizin kompüterinizə endirilmiş, serverdə yerləşdirilmiş və kompüterə yarımçıq endirilmiş vəziyyətdə ola bilərlər. Hər bir testin adının qarşısında onun haqqında qısa informasiya verilir.
Serverdə yerləşdirilmiş testi seçdikdən sonra növbəti mərhələ testin kompüterə endirilməsi mərhələsidir. Pretest proqramı endirmə meneceri ilə ilə təchiz olunmuşdur. İnformasiyanı sizin kompüterinizə bir informasiya axını ilə endirəcək. Endirmə prosesi hər hansı bir səbəbdən yarımçıq kəsilərsə, siz endirməni istədiyiniz an qaldığınız nöqtədən davam edə bilərsiniz. Daha sonrakı mərhələ isə "Pulun ödənilməsi" mərhələsidir.
Əgər testə başlamaq üçün artıq kompüterinizə endirilmiş testi seçsəniz, növbəti mərhələ kompüterə endirmə mərhələsi yox, "Pulun ödənilməsi" mərhələsi olacaq.
Əgər seçdiyiniz test demo testdirsə bunun üçün pulun ödənilməsi həyata keçirilmir və siz dərhal testə başlaya bilərsiniz. Əks halda siz Pretest kartını alarkən yaratdığınız istifadəçi adı və parol vasitəsilə pulun ödənilməsini elə Pretest proqramının köməkliyi ilə həyata keçirirsiniz. Daha sonra isə dərhal testə başlayırsınız.
Testi qurtarmaq üçün "Testi qurtarmaq" əmrindən istifadə edin. Bu zaman sizə sualların düzgün cavabları göstəriləcək və sizin virtual sınaq imtahanınızın nəticələri haqqında ətraflı məlumat veriləcək.
Əvvəllər verdiyiniz testlərin nəticələrinə baxmaq üçün "Jurnal" əmrindən istifadə edin.
Qeyd edək ki, Pretest proqramından istifadə etmək üçün sizin kompüterinizin internetə çıxışı olmalıdır. Pretest proqramı sizə serverdə mövcud olan yeni imtahanlar haqqında məlumat verəcək, istəfiyiniz testləri sizin kompüterinizə endirəcək və testə başlamaq üçün sizin balansınızdan ödəmə həyata keçirəcək.
QANUNSUZ BIR CRACK SIZE ELAVE BU CRACK PULSUZ ONLAYN SINAQ KECMEK UCUN LAZIMDIR