Hər birimizinin uşaqlıqdan ən böyük arzusu məktəbi tezliklə bitirib universitete qəbul olmaqdır.Yaxudda,hal hazırda bunun üçün çalışan şagirdlərimiz var.Əvvəl çox çətin idi ancaq indi asanlıqla hər kəs istədiyi universitetlərə daxil olur.Yəqin ki,mənimlə hər kəs razılaşar ki, əvvəl ki,səviyyədə ,həyəcan,maraq indiki şagirdlərimizdə yoxdur.Nədənsə get gədə vəziyyət ürək açan olmur.
Bizim ölkədə təhsil almaq,universitetlərə daxil olmaq olduqca asandır.Bunun üçün heç oxumasan,səy göstərməsəndə olar.Hətta dərslərə ayda ildə bir dəfə getsəndə bunun heç bir maneə törətməyəcəyini bilirik.Nə üçün təhsil səviyyəsi Azərbaycanda ciddi deyil?Nə üçün digər ölkələrdə olduğu kimi sadəcə bilik hər işi görmür?
Sizə çox sadə bir misal çəkim.Xarici ölkələrdə adi 3 qiymətini almaq üçün çox çalışırsan.3 qiyməti heçnə etmiyən,sadəcə gününü keçirən şagirdlər üçün verilmir.3 öz biliyini yetəri qədər ifadə edə bilməyən,ancaq buna baxmayraq dərslərdə yetəri qədər fəallıq edən şagirdlərə,tələbələrə verilir.
Diplom Azərbaycanda nə dərəcədə mühüm rol oynayır?Sadəcə iş və ya kiməsə bilikli olduğunu sübüt etmək üçün?Hamımız yaxşı bilirik ki,hal hazırda iş üçün sadəcə diplom kifayyət etmir və ya savadlı olduğunu diplomla sübüt etmək Azərbaycanda qeyri mümkündür.Çünki asanlıqla universitetlərə daxil olan bir ölkədə kimin savadlı kimin savadsız olduğunu necə müəyyən etmək olar?Çox təssüf ki,biliyi diplomla ölçmək olmur.
Çox təssüf ki,bizim ölkənin adı təhsil səviyyəsinə görə aşağı olan ölkələr sırasındadır.
Diplom kimi üçünsə biliyinin,əməyinin bəhrəsi..
Kimi üçünsə heç bir səy göstərmədən pulla əldə edilən kağız parçası.Bu ikisi arasındakı fərqi hər kəs anlaya bilməz sadəcə yaşayanlar dəyərini anlayar.
Diplomun sizin həyatınızdakı rolu?Diploma sahib olmaq savadlı olmaq anlamını verir?
Azərbaycanda və xarici ölkədə diploma sahib insanlar arasında bir fərq görürsünüzmü?Yoxsa sizin üçün diplom elə diplomdur?